Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:33 - 19.07.2018  
Maşa axtaran dairələr - siyasi baxış
Tarix: 6-10-2017, 07:21 | Bölmə: Xəbərlər » Maraqlı

Düzü, doğrusu budur: 2003-cü ildən sonra hansısa qüdrətli dövlətin Azərbaycanda demokratik rejimin bərqərar olunmasına dəstək verməsi, azad, qanuni, şəffaf seçkilər keçirilməsinə çalışması absurddur.

Maşa axtaran dairələrQırılma nöqtəsi 2003-cü ilin bu vaxtlarında oldu. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, hətta qardaş Türkiyə (eləcə də o birilər) Azərbaycanın demokratik qüvvələrini dəstəkləmədi. Norveç ortada tək qaldı.

O vaxtdan sonra bu ölkəyə demokratiyanın gələcəyinə, gətiriləcəyinə olan ümidlər çox qabarıb-səngiyib, amma heç biri 2003-cü ildəki qədər şiddətli olmayıb.

Bu illərdə istər ABŞ dövlətinin başında olanlar, istərsə də başqa superdövlətləri idarə edənlər dünyada demokratiyanın təntənəsinə, yayılmasına aid çox gəlişigözəl sözlər danışıblar, ancaq onların hamısı söz olaraq qalıb.

Demokratiya istəyən xalqlara onu qızıl məcməyidə təqdim edən yoxdur. Böyük dövlətlər dağıtmaq, parçalamaq istədikləri ölkəni "demokratiya” deyə-deyə dağıdırlar, amma gerçəkdən azadlıq, ədalət istəyən xalqlara heç bir yardım göstərmirlər.

Deyə bilərlər ki, nə vaxt bir xalq demokratiya istədi, amma Qərb kömək etmədi? 2003-cü ilin oktyabrında da, 2005-ci ilin noyabrında da Azərbaycan xalqı demokratiya, azad seçki istəyirdi, kömək edən olmadı.

Ondan sonra nə desələr, nə yazsalar, hamısı boşdur.

O zaman ölkədə maraqlı bir durum vardı. ABŞ başda olmaqla, digər Qərb dövlətləri əsasən "konstruktiv müxalifət”lə cici-bacıydılar, pul-paranı onlara ötürürdülər, prinispial (onlara radikal da deyirdilər) müxalifəti bəlli bir məsafədə saxlayırdılar.

Bu, ondan irəli gəlirdi ki, o qüdrətli dairələrin indiki iqtidar komandasına ümidləri böyük idi. İstər Qarabağ məsələsində, istərsə də neft-qaz sənayesi üzrə əməkdaşlıqda ondan böyük güzəştlər gözləyirdilər və öz ovuclarında olan "konstruktiv müxalifət”i iqtidarla əməkdaşlıq təşviq edir, "radikal ünsürləri” neytrallaşdırırdılar.

Ancaq sonradan vəziyyət radikal şəkildə dəyişdi. 2005-ci ildən sonra Qərb indiki iqtidara bəslədiyi çeşidli ümidlərinə görə umsuq oldu. O zaman Qərb dairələrinin üzü bu iqtidar komandasından döndü, avtomatik olaraq "konstruktiv müxalifət” də radikallaşdı.

Hazırda 2003-cü ildə radikal müxalifət adlandırılan qüvvələr yenə də öz mötədil baxışlarında qalırlar, amma köhnə "konstruktiv”lər son dərəcə radikallaşıblar. Buna baxmayaraq, hər zaman mötədil qüvvələrlə işləməyə çalışan Qərb dairələri (institutlar, fondlar, mərkəzlər və s.) bu dəfə radikallara meyllidirlər, bu və ya digər şəkildə onlara yardım edirlər.

Hələ bir xətt də var. 2003-ə qədər Müsavat başqanı İsa Qəmbərin "Bakı-Ceyhan neft kəmərinin ən sərfəli marşrutu xəttin İran üzərindən keçməsi ola bilər” sözündən yapışıb, onu açıq tekstlə "İran agenti”, "İranın adamı” adlandıran, Qərb dairələrinə bu cür təqdim edərək gözdən salmağa çalışan qüvvələr indi bu xüsusda da çox dəyişiblər. Onların təşkil etdiyi mitinqdə "İranın adamları” kimi həbs olunanlara azadlıq tələbləri səslənir, İranmeylli qüvvələr mitinqdə həvəslə iştirak edirlər.

İndilikdə vəziyyət bu cürdür: yerli, milli qüvvələrin ölkənin demokratikləşməsi üçün gücləri kifayət deyil. Onlardan bir hissəsi bu məqsədə yetmək üçün xarici dəstəyi şərt sayırlar. Ancaq o xarici dəstəyin ölkədə demokratiyanı bərqərar edib-etməyəcəyi sual altındadır. Qüdrətli dairələr çox vaxt bir avtoritar rejimi başqasıyla əvəz edirlər, məsələ bitir.

Çünki havayı pendir siçan tələsində olur. Heç bir başqa dövlət öz mənafeyinə uyğun olmadıqca, başqa bir dövlətin daxili işlərinə qarışmaq, onun xalqına demokratiya və azadlıq ərməğanı etmək istəmir.

Bu baxımdan Azərbaycanla sərfəli biznes sazişləri bağlamaq, ölkənin sərvətlərinə "demokratiya” şantajı ilə şərik olmaq istəyən böyük dövlətlərin səmimiyyətinə inanmaq olmaz. Onlar öz oyunlarını oynayırlar və odu götürmək üçün maşa axtarırlar.

2003-cü ildə Dövlət Departamentinin səlahiyyətli rəsmisi Riçard Armitacı yada salaq. Adam seçki başa çatmamış indiki iqtidarın namizədini qələbə münasibətilə təbrik etmişdi… 

Xəbər 1239 dəfə oxunub






Oxşar xəbərlər

Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10556] initstartout [0.00033] initstartin [0.00067] calstart [0.00701] calend [0.00037] topnewsend [0.00397] rsssend [0.00000] ehgend [0.00658] tagsstart [0.00040] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08620]