DİN-in Regional mətbuat xidməti: " Tovuzda kafedə baş verən hadisə araşdırılır"

  • 26 iyul 2019, 21:17

Dünən "Demokratik.Az"-da yayımlanan xəbərə Tovuzda "Çəpişin kafesi"ndə müştərinin cibini soyub döydülər, polislər yaxın durmadı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional qrupundan münasibət bildirilib.

Qurumun rəsmisi saytımıza deyib ki, Tovuz rayonunun Qovlar qəsəbəsində kafelərdən birində baş verən insidentdə döyüldüyünü iddia edən vətəndaş Cəlil Namazovun Tovuz rayon polis əməkdaşlarına qarşı səsləndirdiyi ittihamlar həqiqəti tam əks etdirmir.

SİTAT: - "Saytınızda dərc edilmiş yazıda adıkeçən kafedə baş verən insident hazırda Tovuz polis idarəsinin təhqiqatçıları tərəfindən icraata götürülüb və araşdırılır. Eləcə də, 24 iyul 2019-cu il tarixdə gecə saatlarında DİN-in 102 xidmətinə şikayət edən vətəndaşın olay yerinə gələn polisləri hadisəyə laqeyd yanaşmaqda ittiham etməsi tam əsassız və böhtan xarakterlidir. Bildiririk ki, vətəndaşın şikayəti əsasında polislər anındaca kafeyə gələrək bütün zəruri prafilaktik tədbirlər həyata keçirmişlər. Baş vermiş hadisə araşdırılır və şikayətçinin şikayətinə tezliklə hüquqi qiymət veriləcək" - deyə DİN-in regional mətbuat xidmətindən "Demokratik.Az"-a bildirilib.

Xatırladaq ki, dünən Cəlil Namazov adlı şəxs özünün videomüraciətində bildirib ki, Tovuz rayon Qovlar qəsəbəsində, kafelərin birində yüngül əxlaqlı qadınlar və əvvəllər məhkum edilmiş Andrey adlı şəxs tərəfindən döyülüb. Eləcə də, kafedə tanımadığı qadın tərəfindən cibində olan 25 min rus rublu oğurlanıb. 

DİN-in "102" qaynar xətt xidmətinə zəngindən sonra hadisə yerinə polislər cəlb olunub. Lakin nədənsə polislər olayın səbəbini araşdırmadan, döyənlərdən və döyüləndən müvafiq izahat almadan hadisə yerindən uzaqlaşıblar. 

Müraciətində həm də sərxoş olduğunu bildirən şikayətçi polisləri olaya laqeyd münasibətdə, hərəkətsizlikdə ittiham edib.


Demokratik.Az

Oxşar xəbərlər