DİN-in Gəncə Regional mətbuat xidmətindən "Demokratik.Az"-a TƏKZİB

  • 01 noy 2017, 10:01

"Demokratik.Az” saytına Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu tərəfindən "TƏKZİB" məktubu daxil olub.  Təkzibi olduğu kimi diqqətinizə çatdırırıq;

"30.10.2017-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Abbasovla bağlı yayılmış iddialar əsassızdır və böhtan xarakterlidir. Xatırladırıq ki, hər hansı bir dövlət orqanı ilə bağlı xəbər paylaşmazdan əvvəl əldə olunan informasiyanı bir neçə mənbədən dəqiqləşdirməli, o cümlədən sözü gedən dövlət qurumlarının mətbuat xidməti ilə əlaqə saxlanılmalıdır. Doğruluğuna əmin olduqdan sonra məlumatlar, yazılar yayımlana bilər. Saytınızın rəhbərliyi və yazının müəllifi isə qanunvericiliyin və jurnalistlərin peşə etikası qaydalarına zidd davranaraq polis rəisi barədə aşırı böhtan, işgüzar nüfuzunu qəsdən ləkələyən məlumatlar yayıblar ki, belə vəziyyətin özü ciddi məsuliyyət doğurur.

Hörmətlə: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytinantı Eşqin Qasımov"

"Demokratik.Az" bildirir ki, yuxarıda qeyd olunan müəmmalı təkzibə ayrıca yazıda aydınlıq gətirməyə çalışacağıq.

 

Demokratik.Az

 

Oxşar xəbərlər