Xəbər lenti
Bütün xəbərlər

Tovuzda tüfənglə asayişi pozan şəxs yaxalandı

  • 09 may 2019, 18:20
 
 
 
 
 
 
 
 
Mayın 2-də saat 17:00 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozmuşdur.
DİN Mətbuat Xidmətindən "Demokratik.Az"-a verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçmışdır.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, "İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.
Oxşar xəbərlər