Tovuzda "Çəpişin kafesi"ndə müştərinin cibini soyub döydülər, polislər yaxın durmadı

  • 25 iyul 2019, 19:07

Tovuz rayonunun Qovlar qəsəbəsində yerləşən kafelərin birində sərxoş müştərini möhkəmcə döyüblər.

Hadisə gecə saatlarında qəsəbədəki bazarın ərazisində fəaliyyət göstərən kafelərin birində baş verib. 102 xidmətinə şikayətdən sonra hadisə yerinə yerli polislər də cəlb olunub.

Hadisə barədə kənd sakinlərinə danışan zərərçəkmiş Cəlil Namazovun sözlərinə görə, kafeyə əylənmək məqsədilə gedib, sonradan sərxoş olub və kafedə çalışan qızlardan biri onun cibində olan 25 min rubl pulunu oğurlayıb. Olaya etirazını bildirib və pulunu geri istədikdə isə kafedə olan bir neçə kişi və yüngül əxlaqlı qadınlar tərəfindən döyülüb.

Zərərçəkmişin sözlərinə görə, DİN-in "102" qaynar xətt xidmətinə zəngindən sonra hadisə yerinə polislər cəlb olunub. Lakin nədənsə polislər olayın səbəbini araşdırmadan, döyənlərdən və döyüləndən müvafiq izahat almadan hadisə yerindən uzaqlaşıblar. 

Şikayətçinin sözlərinə görə, adıkeçən kafe "Çəpişin kafesi" adı altında xeyli müddətdir əxlaqsız yuva (priton) kimi fəaliyyət göstərir. Kafeyə əvvəllər məhkum edilmiş Andrey adlı şəxs rəhbərlik edir. Polislərin hadisəni niyə araşdırmaması suallar doğurur.

Hadisənin motivləri və videomaterialda iddia edilən polis hərəkətsizliyi barədə Tovuz rayon Polis Şöbəsi ilə əlaqə yaratmağa cəhdlər etsək də alınmadı.

Qovlar polis bölməsindən isə "Demokratik.Az"-a bildirdilər ki, hadisə rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırılır və döyüldüyünü iddia edən şəxs ola biləır ki, yalan danışır. Hətta, onun pulunun oğurlanması barədə dedikləri ziddiyyətlidir və həqiqəti tam əks etdirmir.

Kafenin fahişəxana kimi çalışmasına gəlincə, bunun da dərindən araşdırılacağı bildirildi.

DİN-in Mətbuat Xidmətinin Qərb Regional nümayəndəliyi vasitəsilə hadisəyə açıqlama almağa çalışacağıq...

 

Demokratik.Az


Oxşar xəbərlər