Xəbər lenti
Bütün xəbərlər

Tovuzda polis evdən oğurluq edən şəxsi axtarır - FOTO

  • 13 apr 2019, 18:59

Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Təhlükəsizlik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər