"Mançester Siti" rekord məbləğdə gəlir əldə edib

  • 14 sen 2018, 08:01

İngiltərənin "Mançester Siti" klubu 2017-2018 mövsümündəki gəlirlərinə dair hesabat təqdim edib.

"Report"un məlumatına görə, "şəhərlilər" rekord məbləğdə - 505,5 milyon funt daxilolmalarının olduğunu bəyan ediblər.

Klubun təmiz qazancı 10,4 milyon funt təşkil edib. Son 5 ildə gəlirlər 44 faiz artıb. Bu, teleyayım hüquqlarının satışı, Çempionlar Liqasındakı irəliləyiş və daha əlverişli sponsor müqavilələri ilə əlaqədardır.

Qeyd edək ki, ötən mövsüm "Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında İngiltərə çempionu olub. Hazırda komanda 4 turdan sonra 10 xalla 4-cü yeri tutur.

Demokratik.Az

Oxşar xəbərlər