Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:40 - 20.11.2019  
Ərdoğan və Putin razılaşdı - Suriyada atəşkəs
Tarix: 28-12-2016, 19:36 | Bölmə: Xəbərlər » Dünyada

Vaşinqtonun kənarda qaldığı planın nə qədər uğurlu olacağı gələn ay keçiriləcək Astana görüşündən asılı olacaq.

Türkiyə və Rusiya arasında Suriya mövzusunda ilkin atəşkəs anlaşması əldə olunub.

Ərdoğan və Putin razılaşdıRusiya və Türkiyə XİN rəhbərlərinin telefonda razılaşdırdıqları anlaşmanın detalları mətbuata sızıb. Türkiyə mediasının məlumatına görə, anlaşmaya əsasən iki ölkə Suriyada atəşkəs mövzusunda birgə hərəkət edəcək. Gələn ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya ilə bağlı sülh danışıqları başlayacaq. Anlaşmanın aha bir bəndinə əsasən danışıqlarda İran, Qatar və Səudiyyə Ərəbistanı da iştirak edəcək. 

Yeni anlaşmanın əsas tərəfi Suriyada atəşkəsin bütün ölkə boyunca tətbiq olunmasıdır. Atəşkəs bu gündən qüvvəyə minəcək və hər iki ölkə onun qüvvədə olmasının təminatçısı rolunu oynayacaq. Eyni zamanda tərəflər terror təşkilatlarının anlaşmaya daxil edilməyəcəyini. Onlara qarşı mübarizənin davam etdiriləcəyini də qəbul ediblər. Atəşkəs uğurlu olacağı təqdirdə yuxarıda adıçəkilən ölkələrlə yanaşı, Suriyada və xaricdə fəaliyyət göstərən müxalif qruplar da Astanada aparılacaq danışıqlara qatılacaq. 

Qeyd edək ki, bu həftə Ankarada Rusiya və Türkiyə mütəxəssislərinin Ankarada Suriya mövzusunda müzakirələr aparıb. Anlaşmadan dərhal sonra Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Putin Suriyada terrora qarşı mübarizədə ölkə daxilində və xaricdə fəaliyyət göstərən. Ölkəsinin taleyinə biganə olmayan bütün qüvvələrlə danışıqlara hazır olduğunu bildirib. Lavrov deyib ki. İran və Rusiyanın dəstəyi ilə Hələbdən əhali təxliyə olunub və bu zaman az sayda mülki əhali də tələfat verib. Eyni zamanda o deyib ki, daha əvvəl Vaşinqtonla bu yöndə əldə olunan razılaşma ABŞ-ın terrorçuları digər müxaliflərdən ayırmaması səbəbindən baş tutmayıb. Lavrov konkret olaraq deyib ki, Vaşinqton İŞİD və "ən-Nusra”nı digər qruplardan ayırmadığı üçün anlaşma baş tutmayıb.

Lavrov indi Moskvanın Ankara, Tehran və digər region ölkələri ilə birlikdə Suriyada davamlı sülhün əldə olunması yolunda danışıqları davam etdirəcəklərini deyib.
Qeyd edək ki, son anlaşma ilə bağlı danışıqlar dekabrın 23-də başlayıb. əsas hədəf Suriyada atəşkəs və BMT-nin münaqişənin həlli ilə bağlı 2254 saylı qətnaməsinə uyğun şəkildə sülh danışıqlarının aparılmasıdır. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib ki, Ankara Bəşər Əsədin yer aldığı keçid prosesini dəstəkləmir. O deyib ki, Suriya müxalifəti Əsədi keçid prosesində qəbul etməyəcək. 

Ancaq istənilən halda bu hadisə münaqişənin həll istiqamətində mühüm addımdır. İlk növbədə atəşkəs elan olunacaq, müharibə dayanacaq. Danışıqlar prosesinin uzanması gözlənilə də, əsas məsələ tərəf ölkələrin bu prosesə nə qədər sadiq qalacağından asılı olacaq. Məsələ ondadır ki, buna qədər Qərb koalisiyası ilə birgə hərəkət edən Türkiyə son ildə mövqeyini dəyişib. Vaşinqtonun Suriyanın şimalında kürdləri dəstəkləməsi, eləcə də Ankara ilə Qərb paytaxtları arasında gündən günə soyuyan münasibətlər sonunda Türkiyə hakimiyyətini Rusiya ilə yaxınlaşdırdı. Burda daha bir amil, yaranmış situasiyada Türkiyənin "itirən tərəf” olması idi. Çünki digər ölkələrdən fərqli olaraq Suriya ilə 900 km-dan artıq sərhədi olan Türkiyə münaqişənin ən ağır yükünü çəkməli olub. Üstəlik məhz Suriyadakı "cihad savaşı”na verdiyi dəstək səbəbindən Türkiyə özü bu gün terrorla üz-üzə qalıb. Bu mənada Ankara daha çox itirən tərəf olmamaq, ziyanın yarısından qayıtmaq olsa da. Münaqişənin tezliklə həll olunması və bu prosesdə kənarda qalmaması üçün Rusiya ilə danışıqlara getdi. Çünki hazırda Suriyada Bəşər Əsədin ayaqda qalması məhz Rusiyanın və İranın sayəsində mümkündür. Türkiyənin müstəqil şəkildə Suriya münaqişəsinin ortaq həlli prosesində tərəf olaraq iştirak etməsi onun mövqelərini möhkəmləndirir. Üstəlik Ankara kürd məsələsində anlaşa bilmədiyi Vaşinqtondan fərqli olaraq ruslardan dəstək alacağına inanır. Bu səbəbdən indi Ankara üçün daha praqmatik və real olan seçim Rusiya ilə praktiki anlaşma, atəşkəsə və geniş tərkibli danışıqlara nail olmaqdır. 

Bu məsələdə yeganə suallı məqam Vaşinqtonun kənarda qalmasıdır. Aydın məsələdir ki, Vaşinqton özünün iştirak etmədiyi bir sülh danışıqları prosesini dəstəkləməyəcək, açıq şəkildə olmasa da, bu prosesi pozmağa çalışacaq. Bu mənada Qatar və Səudiyyə Ərəbistanının Astanaya gələcəyi və ya gəlsə belə, nə qədər anlaşmaya yaxın olacağı hələ bəlli deyil. Digər tərəfdən, Vaşinqton meydandakı islamçı müxalif qruplar, eləcə də kürdlərin əli ilə də atəşkəsi poza bilər. Çünki hələlik Suriyada qüvvələrin ayrılması baş verməyib, "ən-Nusra” və İŞİD-in ayrılıb digər islamçı müxaliflərin onlara qarşı savaşması sual doğurur. Çünki xüsusən də islamçı müxaliflər arasında birlik sərhədlər necə deyərlər həddən artıq şərtidir. 

Beləliklə, son həftələrdə davam edən gərginliyin fonunda nəhayət münaqişənin həlli istiqamətində mühüm addım atıldı. Ancaq bu, hələlik ilk addımdır və görünən odur ki, prosesin uğurlu olması üçün uzun zamana və uyğun şərtlərə ehtiyac olacaq. 

Kənan Rövşənoğlu
Musavat.com
Xəbər 2639 dəfə oxunub






Oxşar xəbərlər

İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27502] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00900] calend [0.00050] topnewsend [0.00429] rsssend [0.00000] ehgend [0.02091] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.23875]