Amerikalı kəşfiyyatçı Ankara üçün işləyəcək

  • 12 may 2015, 20:13


 

Corc Buş Administrasiyası dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri olmuş Porter Qoss Türkiyə hökuməti üçün işləməyə başlayıb. O, Konqresdə terrorçuluqla mübarizə, enerji təhlükəsizliyi, regionda sabitlik məsələləri ilə bağlı lobbiçilik edəcək.
Demokratik.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

Bildirilir ki, P.Qoss enerji məsələləri üzrə Türkiyə hökuməti ilə işləmiş «Dickstein Shapiro» hüquq firması üçün baş müşavir kimi işləyəcək, Konqres üzvlərini və administrasiyanı Türkiyə üçün vacib məsələlər barədə və Türkiyəni ABŞ-ın onun maraqlarına təsir göstərəcək addımları barədə məlumatlandıracaq.

ABŞ ilə Türkiyənin Suriyada İŞİD məsələsində mövqeyi haçalanıb. Belə ki, Türkiyə Suriyada prezident Bəşər Əsədin devrilməsinin tərəfdarıdır, ancaq ABŞ yalnız silahlı qrupla mübarizə tərəfdarıdır.