Əhəd Abıyev Kolumbiya bayrağını sındırıb

  • 11 noy 2016, 19:15
Kolumbiyanın ən populyar saytlarından biri olan colombia.com Əhəd Abıyevdən yazıb.

Demokratik.Az xəbər verir ki, sayt Əhəd Abıyevin Kolumbiya bayrağının rəngində rənglənmiş şiferi sındırdığı anı özündə əks etdirən fotonu manşet xəbəri kimi dərc edib.

Kolumbiya saytı xəbər başlığında Əhəd Abıyevi azərbaycanlı nazir kimi təqdim edib.

Xəbərin başlığı belədir: "Ministro de Azerbaiyán rompe la bandera de Colombia" - "Azərbaycanlı nazir Kolumbiya bayrağına boyanmış lövhəni sındırdı". Demokratik.Az bildirir ki, Əhəd Abıyevin sındırdığı bayraq Ermənistana aid olsa da, həmin an hərbçimiz düşmən bayrağını tərs tutub və nəticədə həmin bayraq Kolumbiya bayrağı ilə üst-üstə düşüb.
 Demokratik.Az hər iki bayrağı təqdim edir:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Kolumbiya bayrağı
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Ermənistan bayrağı
Oxşar xəbərlər