Türkiyədə terror aktı oldu

  • 01 avq 2016, 22:21
Türkiyənin Bingöl şəhərində terror aktı törədilib.

"Milliyet" xəbər verir ki, Bakı vaxtı ilə saat 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.

Məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər