İraqda terror: 7 ölü, 11 yaralı

  • 13 iyul 2016, 18:31
İraqın paytaxtı Bağdadın şimalında terror aktı törədilib.
 
Publika.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, 11-i yaralanıb.
 

 

İnternetdə İŞİD-in fəallığını monitorinq edən SITE təşkilatının məlumatına görə, terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
 
Xatırladaq ki, iyulun 3-nə keçən gecə Bağdadın Karada və Əş-Şaab rayonlarında İŞİD tərəfindən terror aktları törədilib. Terror aktları nəticəsində 300-ə qədər adam həlak olub.
Oxşar xəbərlər