Türkiyədə hərbi avtomobil partladıldı: yaralılar var

  • 15 iyun 2016, 14:53
Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda partlayış törədilib.

Report bildirir ki, hadisə bu gün səhər saatlarında Şəmdinli-Yüksəkova avtomobil yolunda olub.

Belə ki, zirehli hərbi avtomobilin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən yola yerləşdirdikləri əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə hərbi avtomobilə ciddi ziyan dəyib, 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasıına qaldırılıblar.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.
Oxşar xəbərlər