Ermənistanda partlayış - Yaralılar var

  • 01 apr 2016, 08:15
Ermənistanın paytaxtı İrəvanda güclü partlayış baş verib.
 
Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, Qriqori Prosvetitel tibb mərkəzinin yaxınlığında partlayış olub. 
 
Verilən məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Bir neçə nəfərin ağır yaralandığı vurğulanır.