PKK-nın terror aktı nəticəsində daha 3 türk əsgəri yaralanıb

  • 02 yan 2016, 20:08
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçuları tərəfindən təşkil edilən terror aktı nəticəsində daha 3 türk əsgəri yaralanıb.
 
APA-nın "Milliyət”ə istinadən verdiyi xəbərə görə, hadisə kənardan idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Bununla da terrorçularla gün boyu davam edən qarşıdurmalarda yaralı əsgər sayı 11-ə çatıb.
 
Yaralı əsgərlər Diyarbəkir Hərbi Xəstəxanasına yerləşdirilib.