Ankarada öldürülən səfirin xatirəsinə konsert olub

  • 10 yan 2018, 07:50

Ankarada Prezident Simfonik Orkestrinin binasında ötən ilin dekabrında qətlə yetirilmiş səfir  Andrey Karlovun xatirəsinə həsr olunmuş konsert keçirilib.   

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, konsertin təşkilatçıları "Rossotrudniçestvo”nun Türkiyə nümayəndəliyi, Türkiyə Prezident simfonik orkestri, Ankara Dövlət opera və balet teatrı, Suna Korat adına Musiqi mərkəzi və Türkiyə-Yaponiya Fondu.

 

Konsertdən əvvəl A.Karlovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov çıxış edib.

 

Konsertdə Türkiyənin tanınmış musiqiçiləri Çətin Kırınbay, Şenol Tanınlı, Mitxat Karakelle, Esra Çetiner, Jülide Yalçın, Elif Onal və Dement Akkılıç çıxış edib. Tədbirdə Pyotr Çaykovski, Sergey Raxmaninov, Frans Şubert və Aleksandra Paxmutovanın əsərləri səsləndirilib.  

 

Xatırladaq ki,  Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada fotosərgi zamanı qətlə yetirilib. Məlumata görə, hücum polis əməkdaşı Mövlut Altıntaş tərəfindən törədilib. O polis əməkdaşlarının cavab atəşi ilə öldürülüb.

 

Andrey Karlova ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib. 

Oxşar xəbərlər