ABŞ səfirliyi qarşısında atəş

  • 20 dek 2016, 10:06

 

Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, polis naməlum şəxsi tərksilah edərək həbs edib.
 
 ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib: "İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”. 
 
Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. 
Oxşar xəbərlər