Türkiyə-Ermənistan protokollarının müəllifi Azərbaycandakı eks-səfir olub

  • 29 iyun 2015, 09:59
Türkiyə Xarici İşlər Nazirliyininin son dövrlərdəki ən parlaq simalarından hesab edilən keçmiş diplomat Əhməd Ünal Çeviközlə bağlı maraqlı məlumat açıqlanıb.

Demokratik.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Ünal Çeviköz olub.

2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz məlum protokolları hazırlayarkən

Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.

Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Frans, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə "Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi. Amma sonradan nə Türkiyə, nəd Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi.

Əhməd Ünal Çeviköz 1978-ci ildən Türkiyə XİN sisteminə işə başlayıb. 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz 2001-2004 illərdə Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olaraq görəv yerinə yetirib. 2007-2010-ci illərdə Ankarada XİN-də işləyib. Bu sırada 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlayıb. 2010-cu ildə Londona səfir olaraq təyin olunub. 2014-cü ildə bu vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyiylə təqaüdə çıxıb.

Çeviközün bundan sonra xarici siyasətə dair analizlərilə mediada çıxış edəcəyi bildirilir.