Çavuşoğlu Lavrova söz verdi:

  • 21 dek 2016, 09:33
Həm Rusiyada, həm də Türkiyədə yaxşı bilirlər ki, səfir Karlovun öldürülməsi ikitərəfli münasibətlərə zərər vermək və son zamanlar əldə etdiyimiz bütün hədəfləri pozmaq üçün törədilib". Bu fikir Moskvada Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşündə səslənib. Faciəyə baxmayaraq Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin bu günə planlaşdırılmış görüşü də baş tutub.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ödlrülməsi Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşündə əsas müzakirə mövzusu olub.

Nazirliyin Qəbul Evində keçirilən görüşdən əvvəl nazirlər Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən səfir Andrey Karlovun xatirəsini yad ediblər, onun portreti önünə çələng dəstəsi qoyublar.

Görüş zamanı Sergey Lavrov səfir qətlinə dərhal münasibət bildirdiklərinə görə Türkiyə tərəfinə təşəkkür edib. O, terror hadisəsinə ən qısa vaxtda aydınlıq gətiriləcəyinə inandıqlarını bildirib.

Mövlud Çavuşoğlu isə bir daha terror aktını lənətləyib və vurğulayıb ki, türk xalqı da ən azı rus xalqı qədər bu hadisədən kədərlənib.

Çavuşoğlu habelə deyib ki, Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə də Andrey Karlovun adı veriləcək.

Görüşün ardınca Rusiya Türkiyə və İran xarici işlər nazirlərinin iştrakı ilə Suriya münaqişəsinə həsr olunmuş üçtərəfli toplantı keçirlib. Danışıqların yekununda ortaq bəyannamə qəbul edilib. Lavrov bildirib ki, birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir. "Ümumi fikir bundan ibarətdir ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz." - deyə rusiyalı nazir vurğulayıb.
Oxşar xəbərlər