Səfirin qatili ilə bağlı YENİ MƏLUMATLAR

  • 20 dek 2016, 18:44

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən polis əməkdaşı Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar ortaya çıxıb.

Demokratik.Az xarici mediaya istinadən xəbər verir ki, Altıntaş bir neçə gün əvvəl Rusiyanın Türkiyədəki səfirliyinin binası önündə Hələbdəki hadisələrlə bağlı keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qrupunun tərkibində olub. 

Bundan başqa, sui-qəsdin törədildiyi Çağdaş Mədəniyyət Mərkəzində keçirilən "Səyyahın gözü ilə Kaliningraddan Kamçatkaya Rusiya" adlı fotosərginin koordinatoru Timur Özkan polisə ifadə verib. Onun sözlərinə görə, 22 yaşlı Altıntaş bir neçə gün əvvəl də mərkəzdə olub: "Bizim əməkdaşlarımız onu tanıdılar. O dekabrın 16-da başqa sərgidə iştirak edib. Geyimi və görünüşü eyni idi. Bilmirik ki, o, sərginin vaxtını qarışdırmışdı, yoxsa kəşfiyyat üçün gəlmişdi".

Demokratik.Az

 

Oxşar xəbərlər