"Demokratik.Az" yazdı - Gəncə 3 saylı orta məktəbdə "gecə tədbirləri" başladı

  • 27 avq 2018, 16:38

Gəncə şəhəri, 3 saylı tam orta məktəbin həyətində qoyun otarılması, stadionun illərdir şagirdlərin üzünə bağlanması və 2 ha yaxın torpaq sahəsində arpa və yonca əkilməsini yazmışdıq. "Demokratik.Az" olaraq məktəbin direktoru Vüsalə Səfərovanın anti pedoqoji fəaliyyətini oxucuların diqqətinə çatdırmışıq. (Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar) ...)

Bu gün aldığımız məlumata görə, xanım direktor yazılanlara reaksiya verib. Belə ki, iki gündür məktəb ərazisində ot biçini, təmizlik işləri aparılır. Bu yeni tədris ilinə başlanğıc üçün də çox sevindirici haldır, lakin qəribəlik burasındadır ki, nədənsə bu zəruri işlər gecə aparılır. Məktəb ərazisində yaşayan sakinlərin bildirdiyinə görə, builki arpa biçinindən sonra, yerdə qalan samanlıq ərazi gecələr xüsusi biçici aparatlarla dərindən təmizlənir, qalığı da hissə-hissə yandırılaraq məhv edilir.

Aldığımız məlumata görə, direktorun tapşırığı ilə uborkanın gecə aparılması kənardan diqqət çəkməmək və bir neçə gün sonra məktəbə gedəcək xüsusi komissiyanın qarşılanmasına hazırlıqdır.

Bir daha xatırladaq ki, faktların araşdırılıb tədbir görülməsi üçün tərəfimizdən aidiyyatı qurumlara müraciətlər göndərilib, məzuniyyətlə əlaqədar müraciətlərimizin araşdırılması Təhsil Nazirliyi tərəfindən 29 avqustadək təxirə salınıb.    

Gəncə ş, 3 saylı tam orta məktəbinin direktoru Vüsalə Səfərovanın öz şəxsi maraqları müqabilində məktəb ərazisində arpa əkdirməsi, qoyunların otarılmasına şəraitin yaradılması, özfəaliyyəti nəticəsində məktəbin elektrik sərfiyyatında küllü miqdarda israfçılığa yol verməsi kimi faktlar mövcuddur. Direktorun məktəbin yanğına qarşı yanğınsöndürmə vasitələri ilə təminatında da nöqsanlarının olduğu deyilir. (mövzu diqqətimizdədir)


 

Fotolar iki həftə öncə çəkilib:

 

Demokratik.Az

Oxşar xəbərlər