Gəncədə direktorun antipedoqoji fəaliyyətinə ekspertdən və nazirlikdən REAKSİYA

  • 21 avq 2018, 20:05

"Demokratik.Az"-ın məlumatına görə, ötən gün Gəncə şəhər 3 saylı tam orta məktəbinin direktorunun qeyri-pedoqoji fəaliyyəti barədə yayımladığımız yazıya tanınmış təhsil eksperti Nadir İsrafilov və Təhsil nazirliyinin ictiamiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov tərəfindən münasibət bildirilib. (Yazının linki - Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)) Ekspert mövzu ətrafında saytımızın suallarını belə cavablandırıb:

"Əgər, adıçəkilən məktəblə əlaqədar yazıda göstərilən faktlar həqiqətə uyğundursa, bu yalnız təəccüb və təəssüf doğuran bir haldır. Özü də belə bir halın necə deyərlər, "gözdən uzaq, könüldən iraq” hansısa ucqar bir regionda deyil, respublikanın ikinci böyük şəhərində - Gəncə kimi tarixi ənənələrə malik bir mədəniyyət mərkəzində baş verməsi heç bir məntiqə və sağlam düşüncəyə sığmır. Hesab edirəm ki, bilavasitə təhsil müəssisəsi ilə bağlı məsələ olmasına baxmayaraq, yaranan xoşagəlməz vəziyyət şəhər rəhbərliyini və əlaqədar icra strukturlarını da narahat etməli, müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi üçün hərəkətə keçilməlidir, çünki bu şəhər təsərrüfatı ilə də bağlı məsələdir. Hər bir təhsil müəssisəsinin, o cümlədən də hər bir məktəbin texniki pasportu var. Həmin pasoptda inzibati bina və məktəbin həyatyanı sahəsi də daxil olmaqla, digər infrastuktuları da öz əksini tapır. Buna görə də texniki pasporta müvafiq olaraq məktəbin ərazisinə aid olan həyətyanı sahəsi dəqiq müəyyənləşdirilməli, hasara alınaraq, təyinatı üzrə istifadə olunmalıdır. O ki, qaldı məktəb direktorunun yazıdakı faktlarla bağlı fəaliyyətinə, hər hansı bir antipedaqoji fəaliyyətə yönəlik konkret fakt ciddi araşdırılmalı, qanunvericiliyə müvafiq qiymətini almalıdır. Ümid edək ki, Təhsil Nazirliyi və şəhər rəhbərliyi bu kimi hallara qarşı mübarizədə seyrçi mövqe tutmayacaq, məktəbdə baş verən halların təfərrüatları barədə ictimaiyyəti məlumatlandıracaqlar"....

Bildirək ki, göstərilən faktların araşdırılıb tədbir görülməsi üçün aidiyyatı qurumlara müraciətlər göndərmişik.

Təhsil nazirliyinin rəsmisi cənab Cəsarət Valehovun "Demokratik.Az"-a bildirdiyinə görə, direktorun özbaşınalığına dair müraciətimiz TN-in daxili nəzarət şöbəsində araşdırılacaq və nəticəsi barədə rəsmi məlumat veriləcək...

Xatırladaq ki, Gəncə ş, 3 saylı tam orta məktəbinin direktoru Vüsalə Səfərovanın öz şəxsi maraqları müqabilində məktəb ərazisində arpa əkdirməsi, qoyunların otarılmasına şəraitin yaradılması, özfəaliyyəti nəticəsində məktəbin elektrik sərfiyyatında küllü miqdarda israfçılığa yol verməsi kimi faktlar mövcuddur...

"Demokratik.Az"

Oxşar xəbərlər