Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?
Ötən gün Göygöl rayonu, S. Vurğun adına 3 saylı tam orta məktəbindəki özbaşınalıq barədə yazı dərc etmişdik. Göygöldə direktorun çipsi və saqqız alveri - natəmiz ayaqyolu, fondpulu bir də əmioğlu başlığı altında hazırladığımız məqalədə məktəb direktoruRüxsarə Atayevanın özfəaliyyəti sayəsində ortaya çıxan süni problemlərə yer ayırmışdıq.
"Demokratik.Az” saytının rəhbəri, araşdırmaçı yazar Osman Nərimanoğlunun məktəbin bir neçə valideyninin müraciəti əsasında hazırladığı, eləcə də səhih və dəqiq faktlara əsaslanan yazı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılansa da, məktəb direktorunun qəzəbinə hədəf olub. Belə ki, qüsurları aradan qaldırmaq əvəzinə, direktor tənqidə qarşı məntiqsiz təqibə başlayıb. Müstəqil və qərəzsiz media orqanı olaraq, məqalədə göstərilən faktların ictimai əhəmiyyətini, məktəb direktorunun nöqsanların həllinə maraqsız olduğunu nəzərə alıb mövzuya yenidən qayıtdıq.
Yazıda qeyd olunurdu ki, məktəb direktorunun davranışları, səriştəsiz idarəçiliyi məktəbi biabırçılıqlara sürükləyib. Bu ilin elə ilk günündən xanım direktor təlim-tərbiyə və tədris məsələlərini bir kənara qoyub, sinif otağının birini iaşə obyektinə çevirib. Nəticədə, bilik günündən bu yana ibtidai siniflərdə (yuxarı siniflərdə də-red) xarici dil dərslərinin keçirilməsi əngəllənib. Direktorun oğlunun nəzarətində olan bufetdə son günlərədək (müvəqqəti yığışdırtdırıb-red) əlavə qazanc məqsədilə şagirdlərə saqqız, çipsi, ziyanlı soklar və s satılması tənqid olunub. Bundan əlavə, məktəbin ayaqyolusunun heç bir mədəni çərçivəyə sığışmayan şəkildə, bərbad halda olması da ictimailəşdirilib.
"Demokratik.Az” mövzu ilə əlaqədar təhsil üzrə dəyərli ekspertlərin də rəyini öyrənib.
Ekspert Kamran Əsədov suallarımıza cavabında bildirib:
"Azərbaycan
Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər kəsin təhsil
almaq hüququ var və dövlət vətəndaşlarımızın pulsuz icbari orta təhsil almaq
hüququnu təmin edir. Bu
hüququ insanların əlindən heç kəs ala bilməz. 2009-cu ildə qəbul
olunmuş "Təhsil Haqqında " AR Qanununda bütün məsələlər əksini tapıb. Əgər,
sizin məqalədəki iddialarınız
doğrudursa, bu bir
direktorun təhsilə yönəlik cinayətidir. Hansısa məktəb
direktoru məktəbi öz kommersiya maraqlarına uyğun formada idarə edə bilməz. Bu
yolverilməzdir. Yəni,
bufet məsələsi elədir ki, mövcud qanunvericiliyə görə, təhsilə cavabdeh şəxslər
– direktor da ilk öncə məktəblərdə sinif otaqlarının təşkili məsələlərini həll
etməlidir. Təəssüf olsun ki, ölkənin bir çox məktəb direktorları bu kimi məsələlərdə
nəzarətdən yayınaraq, məktəbdə qanunsuz şəkildə iaşə obyektlərinin fəaliyyətinə
şərait yaradırlar. Ümumiyyətlə, direktor məktəbin şagirdlərinin rahat və təhlükəsiz
təhsil almaları üçün istiqamətləndirici subyektdir. İbtidai siniflərə məktəb
açılandan ingilis dilinin keçirilməməsinə, təhsil təlimatına əsasən, şagirdlərin
sayının proporsionallığı nəzərə alınmalı idi. Amma müəllimlərə dərs "keçmədiyinə
görə” maaşlarını necə almasına gəlincə, bu məsələ ciddi araşdırılmalıdır”.
Tanınmış təhsil eksperti Nadir İsrafilovun da fikirləri maraqlı olub.
Ekspert
qanunu şərh edərək bunları deyib: "Ümumi təhsilin
infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedoqoji kadrlarla təminat, təhsil
fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə
idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə,
su, istilik və elektrik sistemləri daxildir. Amma deyildiyi kimi, bütün bunlar təhsilin
infrastrukturuna aiddir. Anlamaq lazımdır ki, heç bir səbəb
direktora təhsil ocağındakı təlim-tərbiyyənin, tədris prosesinin pozulması ilə nəticələnən
hərəkətlərinə bəraət vermir. Göygöldə olduğu kimi, ölkə üzrə başqa məktəblərdə də
rast gəlinən bu kimi hallar birbaşadirektorun
korporativ marağına xidmət edir. Dil dərsləri mövcud tədris planına görə, 1 sinifdən başlanır və nəzərdə
tutulmuş qayda üzrə sinif 2
qrupa bölünür. Bu
qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi nəzərdə tutulur. Belə olanda, bir xarici dil üzrə
iki müəllimin olması məcburidir. Əgər məktəbdə bufet yox idisə, direktorun
hansısa sinif otağını sıradan çıxarıb iaşə sahəsi açması absurddur. Direktor
bufet problemini başqa yolla həll etməli idi ki, bu da onun yuxarı qurumlar
qarşısında məsələnin həllini aramaq, təkliflər vermək, müraciətlər göndərmək
kimi halları nəzərdə tutur. Ölkədə çoxlu sayda bufetsiz fəaliyyət göstərən məktəblər
mövcuddur və bu ikinci məsələdir. Direktor üçün əsas məsələ məktəbdə təlim-tədrisin
keyfiyyətinin yüksəldilməsidir.Göründüyü kimi, bufetin təşkili məktəbin tədris işinə pis
yöndə təsir edib. Hərçənd ki, ibtidai siniflərə bir aydır ingilis dili düzgün
qaydada keçirilmirsə, səbəb də lazımi sinif otağının bufetə çevrilməsidir, direktor
əsas olanın üzərində durmalı idi. Təbii ki, əsas olan bufet deyildi”. Ekspert Nadir İsrafilov onu da qeyd edib ki, əgər
ibtidai siniflərin dil dərsləri tabeldə bölünübsə, dərs keçirilməyibsə bu üzrə maaşların
verilməsi cinayət xarakterli ola bilər.
"Demokratik.Az"ın suallarını təhsil eksperti Elşən Qafarov da cavablandırıb:
"Nazirlər
Kabinetinin 25 noyabr 2010-cu il tarixli 218 nömrəli qərarı ilə təsdiq olunmuş,
"Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili və normalarına” eləcədə
Təhsil qanununa həmçinin ümumi təhsil məktəbinin nümunəvi nizannaməsinə əsasən,
təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsinin rəhbəri ilə iaşə xidmətini
göstərəcək fiziki və ya hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasən həyata
keçirilir. Məktəb büfetlərin və ya yeməkxanalar Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq
olunmuş "Təhsil müəssisənin maddi texniki bazasi və təhsil infrastrukturu
normativləri” nə əsasən qəbul edilmiş normalara uyğun olmalıdır. Sinif otağında
büfetin təşkil olunması bu normalara uyğun deyil. Azərbaycan Respublikası Təhsil
Nazirliyi 28 iyul 2017-ci il tarixli 266 saylı əmri ilə təsdiq olunmuş,
2017-2018-ci tədris ili üçün tədris planına 11 nömrəli əlavənin 21-ci bəndinə əsasən,
sinif şagirdlərinin sayı 20 və daha çox olduqda, bir 11-ci siniflərdə əsas
xarici dil, Azərbaycan dili Dövlət dili kimi (tədris dili Azərbaycan dili
olmayan bölmələrdə) V-11-ci siniflərdə fiziki tərbiyə, V-X siniflərdə 2-ci
xarici dil, V-IX-cu siniflərdə texnologiya, XI-ci siniflərdə isə informatika (
proktik dərslər) iki yarım qrupa bölünür. Yarım qrupa bölünərkən həmin yarım
qruplar üçün dərs otaqlarının olması əsas şərtdir. Yəni, məktəbdə sinif otaqların
sayı çatmırsa, idman zalı yoxdursa və ya kompyuterlərlə təchiz olunmuş
informatika otağı yoxdursa-bu zaman şagirdlərin sayı imkan versə də sinifləri
yarımqrupa bölmək olmaz. Bundan başqa, məktəbin ikinövbəlililiyi məsələsinə də baxmaq olar. Digər məsələlərə gəlincə, direktor əlbəttə ki, mövcud
problemin aradan qaldırlması üçün təyin olunub."
P.S: "Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili qaydası və normaları Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qaydanın 1.1-ci hissəsində deyilir ki: - Bütün təhsil müəssisələrində iaşə və tibb xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri bu qaydaların tələblərinə əməl edilməməsinə görə məsuliyyət daşıyırlar.
2.5. Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına uyğun olmalıdır.
Qeyd edək ki, Göygöl rayon 3 saylı tam orta məktəbində direktorun diqtəsilə yaradılan bufet ingilis dilinin tədrisinə mane olmaqla bərabər, heç bir qayda və normalara uyğun yaradılmayıb. Allah eləməmiş, bir gün ölkə mətbuatı bu məktəbin bufetində partlayış xəbərini tirajlaya bilər. Çünki direktor odla oynayır. Kustar üsullarla və əldəqayırma qaz balonları ilə sinif otağında təhlükəsiz şəraitdə qutab bişirilir, təhlükəli bufet bir neçə metrliyində 50-dən çox azyaşlı uşağın həyatına potensial təhlükədir. Direktor və havadarları görəsən nə düşünür? Qurumlar bufetin standartlardankənar fəaliyyətinə niyə göz yumur?
Mövzu diqqətimizdədir!
"Demokratik.Az"
![](/templates/demokratik/images/banner_728x9000.png)