Şeiri qalmaqal yaradan şair "Demokratik.Az" -a danışdı

  • 06 iyun 2017, 16:35


"MƏNİM ŞEİRİMDƏKİ DİREKTOR SADƏCƏ ÜMUMİLƏŞDİRİLMİŞ OBRAZDIR"

Ötən gün "Demokratik.Az"-da yayımlanan, Gəncə ictimaiyyəti arasında qalmaqala, səs-küyə, və marağa səbəb olan "Pul hərisidir" şeirinin müəllifi, Gəncə şəhər 30 saylı tam orta məktəbinin direktoru, şair İlham Musaoğlu Həsənov saytımıza açıqlama verib. Şeirində mənfi obrazlarla təsfir etdiyi "həmkarının" - X məktəb direktorunun kim olmasına aydınlıq gətirib. Şair direktorun sözlərinə görə, Gəncə ziyalıları arasında, xüsusən də şəhərin məktəb direktorları arasında müzakirə predmetinə çevrilən Sabiranə şeirdəki direktor əslində pis əməlləri ilə ümumiləşdirilmiş bir direktor obrazıdır. İlham Musaoğlu saytımıza bildirib ki, şeirdə pis nümunə olaraq təsvir olunan direktorun hansı şəhərdə və ya rayonda olması barədə bir misra yazmayıb. Yəni, şeirdəki direktorun konkret Gəncə məktəblərində fəaliyyət göstərdiyini söyləməyin, kimlərinsə belə əsassız iddialarla çıxış etmələrinin heç bir əsası yoxdur.

"MƏNİM ŞEİRİMDƏKİ DİREKTOR SADƏCƏ ÜMUMİLƏŞDİRİLMİŞ OBRAZDIR. BU TİPLİ YARAMAZ OBRAZLI DİREKTORU TƏKCƏ GƏNCƏ MƏKTƏBLƏRİNDƏ AXTARMAQ DOĞRU DEYİL"- deyə İlham Musaoğlu bildirib.

Xatırladaq ki, sözügedən qalmaqallı şeir sosial şəbəkələrdə müzakirə olunub və maraqlı şərhlərlə qarşılanıb. Şeirin "qəhrəmanı" namusunu, qeyrətini itirmiş, başı keçəllənmiş, gəlin paltarı geyinmiş, pula hərislik edən bir məktəb direktorudur.

 

Mövzu ilə əlaqədar saytımızda yayımlanan digər iki yazı ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz.

-Gəncədə məktəb direktoru həmkarına şeir qoşdu - "Pul hərisidir"

-Gəncədə manyak direktor kimdir? - TƏHLİL 

"Demokratik.Az"


Oxşar xəbərlər