Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:42 - 16.01.2019  
Göygöldə məktəb direktoru başçıdan və Təhsil Nazirliyindən “güclü”dür! – SƏBƏBLƏR!
Tarix: 8-01-2018, 09:29 | Bölmə: ---

Orta məktəbə nəzarəti önəmsəməyən məmurlar müraciətlərimizi niyə cavabsız qoyub?

"Hər şey təhsildən başlayır”, "Təhsil millətin gələcəyidir”, "Təhsili olmayan bir millətin gələcəyi qaranlıqdır”, ”Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər” kimi deyimlər hələ ki, Azərbaycan təhsilinə cavabdehlərin əsas amalı, milli əqidə və məslək meyarı olmağı bacarmayıb. Demək olar ki, hər gün təhsilimizdəki ciddi problemlərin zəngi çalınır, müxtəlif müzakirələr aparılır. Lakin, əngəlin biri aradan qalxmamış, başqası üstümüzə gəlir. Hələ bir çoxlarının şəxsi maraqları bilim sahəmizdə süni əngəllər kimi otraya çıxanda qıcıq oluruq. Ayrı-ayrı səbəblər dövlətimizin qarşıya qoyduğu "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın hədəflədiyi gözləntiləri - nəticələri ləngidir. Bu anlamda ölkə başçısının siyasi iradəsi hər birimizə aydın olsa və bu yöndə prezident cənab İlham Əliyevin zəruri sərəncam və tapşırıqları yerlərdə lazımınca yerinə yetirilsə, təhsil problemlərindən real qurtulmaq imkanlarımız var.

"Demokratik.Az” saytı olaraq biz də təhsilimizin müasir inkişafını daha çox arzulayırıq, bu strateji sahədə qarşılaşdığımız ən xırda problemlərin həllini istəyirik. Əfsuslar olsun ki, bəzən bizim gördüklərimiz və dediklərimiz kiçik oxucu auditoriyası ilə məhdudlaşır. Bizi üzən hallar aidiyyatı instansiyalara ünvanladığımız cavabsız məktublarımızla daha yaddaqalan olur. Bunun isə bircə adı var. İctimai əhəmiyyətli mövzular bir çox məmuru maraqlandırmır. Çünki medianın masaya çıxardığı əksər problem ya onlar tərəfindən baş qaldırıb, ya da maddi maraqlar üzündən nöqsanlar adi normaya çevrilib.

"Demokratik.Az” xatırladır ki, elə ötən ilin oktyabrında saytımızda ictimailəşdirilən Göygöl rayon S.Vurğun adına 3 saylı tam orta məktəbdəki özbaşınalıqlar, nöqsanlar yerində sayar olub. Bu da dediklərimizin kiçik nümunəsi ola bilər.

(şəkilə baxanda sağdan birinci - məktəb direktoru R. Atayevadır)

Göygöldə məktəb direktoru başçıdan və Təhsil Nazirliyindən “güclü”dür! – SƏBƏBLƏR!Yazılarda qeyd olunurdu ki, məktəb direktoru Rüxsarə Atayevanın davranışları, səriştəsiz idarəçiliyi məktəbi biabırçılıqlara sürükləyib. 2017-2018-ci tədris ilinin elə ilk günündən direktor təlim-tərbiyə və tədris məsələlərini bir kənara qoyub, sinif otağının birini iaşə obyektinə çevirib. Nəticədə, bilik günündən bu yana ibtidai siniflərdə (yuxarı siniflərdə də-red) xarici dil dərslərinin keçirilməsi əngəllənib. Direktorun nəzarətində olan bufetdə son günlərədək (müvəqqəti yığışdırtdırıb-red) əlavə qazanc məqsədilə şagirdlərə saqqız, çipsi, ziyanlı soklar və s satılması tənqid olunub. Bufetdə əldəqayırma təhlükəli qaz balonundan istifadə olunaraq qutab bişirilir. Bufetin heç bir təhlükəsizlik qaydaları yerində deyil. Bufetin varlığı bitişik otaqlarda ibtidai siniflərdəki normal dərs rejimini də pozur. Bundan əlavə, məktəbin ayaqyolusunun heç bir mədəni çərçivəyə sığışmayan şəkildə, bərbad halda olması da ictimailəşdirilib. Məktəbin kanalizasiyası layihə üzrə əsas xəttə belə qoşulmayıb. Əl-üz yumaq üçün zəruri şərait yoxdur. Yuxarı sinif şagirdləri "aylığa” –repititor təhsili üçün sərbəst buraxılıb. Xüsusən, məktəbdə aylardır xarici dil dərslərinin tədrisi axsadılıb ki, nəticədə işə gəlməyən, dərs deməyən xarici dili müəllimləri havayıca maaş alaraq baş qatırlar və sair...

Bu linklərdə daha ətraflı oxuya bilərsiniz

Göygöldə direktorun çipsi və saqqız alveri - natəmiz ayaqyolu, fondpulu bir də əmioğlu

Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?

Göygöldə məktəb direktoru başçıdan və Təhsil Nazirliyindən “güclü”dür! – SƏBƏBLƏR!Yazılardan sonra, redaksiyamız tərəfindən Göygöl İcra Hakimiyyəti başçısı cənab Arif Seyidova, sabiq Təhsil Naziri cənab Mikayıl Cabbarovun adına göndərdiyimiz müraciətlər isə gedər-gəlməz olub. Rayonun təhsil şöbəsinin müdiri Elbrus Atayev adıçəkilən direktorla əmiuşağı olduğundan iradlarımızı qəbul etməyib. Ümumiyyətlə isə, Elbrus Atayevi bu kürsüyə qaldıran Arif Seyidov olduğundan və icra başçısının dirijorluğu ilə hərəkət etdiyindən, bu "marionetka" təhsil şefindən hansısa qabiliyyət gözləmək özü sadəlövlükdür.

Rayon İHB-nin müavini Kəmalə İbrahimovanın məsləhətilə TN-in 8 saylı Regional Ərazi Maliyyə Hesablama Mərkəzinin rəhbəri Vüsal Məmmədova şəxsən təqdim etdiyimiz müraciətin də iki aydır səsi boğulub.

Görəsən nə baş verir, axı bu adları sadalanan məmurlardan biri möhtərəm prezidentin 12 ildir Göygöldəki səlahiyyət sahibidir. Və ölkə başçısının təhsilə dair sərəncam və qərarlarının icrası da məhz Arif Seyidovun vəzifə öhdəliyidir. İcra hakimiyyəti niyə əməli tədbir üçün hansısa addım atmayıb? Niyə direktorun qohum-əqrəbalarının və ailə üzvlərinin toplaşdığı məktəb bircə dəfə olsun təftiş edilməyib? Məktəbi belə toxunulmaz edən, bilmədiyimiz daha hansı səbəblər var?

Digər "lal qurum” isə dövlətin Təhsil Nazirliyinin özüdür. Yəqin, cənab Mikayıl Cabbarov müraciətimizdən bir neçə gün sonra Vergilər Nazirliyinə təyinat aldığından, onun adına ünvanlanan bütün məktublar "etibarını itirib”.

Məktubumuzu mənasız bilən digər qurum adı çəkiləndə məktəbləri lərzəyə gətirən, istəyəndə bir voleybol topuna görə mənimsəmədə təhsil şöbəsinə "ot yoldurmağı” bacaran Maliyyə Hesablama Mərkəzidir. Deyilən məktəbdə aşkar maliyyə pozuntusu varkən bu aidiyyatı qurumun rəhbəri Vüsal Məmmədov da "qış yuxusu”na dalıb.

Axı necə ola bilər ki, sadaladığımız qurum rəhbərləri iki ay ərzində müraciətimizə cavab verməyəcək tərzdə həmrəylik nümayiş etdirir? Ya, ortaya atdığımız məsələ onlar üçün kiçik və lazımsız mövzu kimidir, ya da bir direktorun timsalında məktəblərdə cəmləşən analoji özbaşınalıqlar bu məmurların varlanmasına, şəxsi maraqlarının təmin olunmasına görə uyğunlaşdırılıb. Yəni, susmaqla məktəblərdəki nöqsanların həllinə deyil, bir neçə ilə başçının müavini Kəmalə İbrahimova kimi Göygöl İcra hakimiyyətinin yaxınlığında ikimərtəbəli ev tikdirmək, ya da "Mikayıl Cabbarovun sinif yoldaşıyam” - deyib direktorlara büdcədən ayrılan paraları sayan Vüsal Məmmədov kimi Gəncədə varlı bir şəxsə çevrilmək olar. Amma heç kəs unutmamalıdır ki, məsələnin mənəvi tərəfi var və xırda nöqsan deyə-deyə orta məktəblərdə direktorları dəstəkləmək, onların bu kimi fəaliyyətlərinə şərait yaratmaq şagirdlərin təhsilinə olan biganəlikdir. Əgər, keyfiyyətli tədrisi məktəblərdə tapmayan və valideynlərinin kasıbçılığı ucbatından repititorlara üz tuta bilməyən zavallı şagirdləri nəzərə alsaq, bu hal sonuncuların gələcək taleyinə yönələn ən ağır mənəvi cinayətdir.

Sonda, yenə susmaq haqqınız var, cənablar! Sussanız anlarıq! Amma dövlətin təhsil strategiyasına qarşı çıxmaqla şəxsi mənfəətləriniz üçün deyil, barı təhsilimizin gələcək inkişafı naminə həmən məktəbə bir çarə qılın! Yoxsa, etiraf edirsiniz ki, Göygöldə bir məktəb direktoru icra başçısından və Təhsil Nazirliyindən "güclü”dür?!

Osman Nərinamoğlu

"Demokratik.Az"  

Xəbər 3953 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə
Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb
Tomas de Vaal Qarabağ münaqişəsinin həllinin uzun olacağını dedi
REKTOR-DEKAN DAVASINA DEPUTATLAR DA QOŞULDU
“QƏHRƏMANLARI QORXAQ, GENERALLARI OĞRUDUR…” – Prezident İlham Əliyev
Əli Mirəliyev: “Aygün və Röya ilə...” - FOTO
Prezident İlham Əliyev: "...heç bir ölkədən asılı deyilik"
Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatıb
Rostov azərbaycanlıları adından ermənilərin Milad bayramını kim təbrik edib? - BƏYANAT
Bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib - FOTO
Prezident Qarabağdan danışdı: - "Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11849] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00829] calend [0.00046] topnewsend [0.00349] rsssend [0.00000] ehgend [0.00540] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09953]