MIKAYIL CABBAROVA SAMUXDAN UZANAN ƏLLƏR

  • 29 sen 2014, 20:18

                   

    Ölkə başçısının fərmanı ilə qocaman təhsil nazirimiz,akademik Misir Mərdanov ötən il öz sevimli postunu Mikayıl Cabbarova devr etdi.Bunun ardınca isə ölkənin aparıcı ziyalıları,xüsusilə bir sıra yüksək çinli dövlət rəsmiləri gözlənilən bu kadr dəyişikliyini Azərbaycanın təhsil sahəsindəki müasir vacib islahatların start mərhələsi kimi qiymətləndirdi.Sabiq təhsil nazirinin uzun illərdən bəri fəaliyyəti isə kafi qiymətlənirildi və ona Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutu həvalə edildi. 

 

Zaman ötdükcə hazırki gənc təhsil naziri Mikayıl Cabbarovun daha çevik və səmərəli fəaliyyəti hər bir vətəndaşda xoş təəssürat oyatsa da bunun tam əksini söyləyənlər də yox deyil.Bununla belə,təyinatından bu yana prezident cənab İlham Əliyevin ona etimadı və ölkə təhsilindəki həlli vacib mövcud problemlər Mikayıl Cabbarova çox böyük məsuliyyət aşılamaqla yeni nazirə daha işgüzar fəaliyyət vəd etdi.

"Hər şey təhsildən başlayır”prinsipini əsas götürsək onu da etiraf etməliyik ki,bu gün ölkənin təhsilindəki problemlərin bir çoxu yerlərdəki təhsil şöbəsinin müdirlərinin özbaşınalığından törəyən süni əngəllərlə bağlıdır.Hətta çox vaxt müşahidə olunur ki,hansısa rayonun təhsil müdiri Təhsil Nazirliyinin tapşırıqlarına məhəl qoymadan yerli İcra Hakimiyyəti başçısının əsassız sifarişlərinin icrası ilə məşğul olur,sonuncuya güvənərək rayonun təhsil sistemini şəxsi maraqlarının qurbanına çevirir.Nəticədə təhsilin keyfiyyəti aşağı düşür,bu kimi hallar da təbii ki,ölkənin təhsilinə mənfi təsirsiz ötüşmür.Elə Misir Mərdanovdan sələfinə ötürülən təhsil problemlərinin əsasını da bu ənənə təşkil edir.

Aşağıda bəhs edəcəyimiz Samux rayon Təhsilindəki özbaşınalıqlar da məsələnin tam ciddiliyini ortaya çıxarır.Yerlərdə icra başçılarının "təhsil manapoliyası”nın qaranlıq məqamlarına az da olsa işıq salır...

                    Bildiyiniz kimi 14 aprel 2012-ci ildə prezident cənab İlham Əliyev Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyevi İmişli rayonuna,Alı Qocayevi isə Samux rayonuna başçı təyin etdi.Çox çəkmədi ki,bu yerdəyişmə haqqında da müxtəlif söz-söhbətlər ölkə mediasını öz cənginə aldı.Hər iki təcrübəli məmur transfer olduqları rayonda yeni və qeyri adi qaydaların tətbiqinə başladı.Təbii ki,hər ikisinin də ənənəvi olaraq ilk addımlarından biri rayonda kadr islahatlarının aparılması oldu.

Beləliklə,gəlin Alı Qocayevin Samux Təhsil şöbəsinin müdiri postuna kimi və necə təyin etməsinə aydınlıq gətirək.Axı Alı Qocayevin bu vəzifəni rəva bildiyi şəxs sabiq başçı Vilyam Hacıyev tərəfindən "VURULMUŞDU”.Necə oldu ki,bu vəzifəyə Samuxda daha layiqli namizəd tapılmadı???

                        

                       HAZIRKİ TƏHSİL ŞEFİNİN SƏRKAR SƏRGÜZƏŞTLƏRİ

 

Alı Qocayevin gözlənilməz təyinatı ilə hazırda Samux rayonunda Təhsil şöbəsinə ağalıq edən Gülağa Hüseynov əvvəllər Sərkar kənd orta məktəbinin direktoru olub.Həmin vəzifəsində də nadincliklə məşğul olmaqla, qalmaqalları ilə diqqət çəkib.

2004-cü ildə Sərkar kənd orta məktəbinin əsaslı təmiri zamanı məktəbin istilik qızdırıcılarından bir neçəsi oğurlanıb.Yerli polisin araşdırmaları nəticəsində tezliklə məlum olub ki,oğrular elə məktəbin gözətçiləri,yəni direktorun doğmaca qardaşı və qardaşı oğludur.Təəssüf doğursa da nədənsə Samux polisi həmin cinayət hadisəsinin üstündən vaz keçib və Gülağa bəy də oğru yaxınları ilə birlikdə cəzadan kənarda qala bilib.

Hazırda Sərkarlıların xatirələrində xanımlara xüsusi diqqətcil centlmen müəllim kimi yadda qalan Gülağa Hüseynov həmin məktəbdə öz doğma xalasına da "xüsusi diqqət” yetirib,həmin sevimli kitabxanaçı xalasının köməyi ilə məktəbə ayrılan dərslikləri qeyri yollarla sataraq direktorluğu illərində maddi qənimətlər əldə edib.

Gülağa Hüseynov 2006-cı ildən daha böyük uğurlara imza atıb.Belə ki,oğlu atasının direktor olduğu məktəbin 9-cu sinif şagirdini,azyaşlını ailə qurmaq məqsədilə qaçırıb,deyilənlərə görə sonuncu iki il məktəbə gəlməsə də direktor öz gəlinini qanunsuz yolla 11 illik attestatla təmin edə bilib.

2008-ci ildə "Əməkdar müəllim” fəxri adı almaq üçün sabiq təhsil müdiri Hidayət Əhmədova savaş elan edən direktor sonda Təhsil Nazirliyi tərəfindən "Tərəqqi”medalına layiq görülüb.Lakin həmin medal 2011-ci ilin dekabrında onun köməyinə gəlməyib,Gülağa Hüseynov onun bütün yarıtmaz əməllərindən xəbərdar olan icra başçısı Vilyam Hacıyevin və Təhsil müdiri Hidayət müəllimin haqlı təkidi ilə məktəb direktoru vəzifəsini itirib.

Qovulduğu ildən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevə və Hidayət Əhmədova qarşı müxalif mövqedə dayanan Gülağa Hüseynov nəhayət ötən il öz istəyinə çatıb.Heç kəsin ağlına belə gətirə bilmədiyi revanşa imza atıb.Lakin necə?...

                                   

                      GECİKMİŞ FAYDASIZ MƏKTUB

 

2012-ci il mayın 10-da sabiq Təhsil müdiri Hidayət Əhmədovun 65 yaşı tamam olub.Qanunvericiliyə uyğun olaraq yaş həddi ilə əlaqədar kürsüsünü təhvil vermək məcburiyyətində qalsa da İcra başçısı Vilyam Hacıyev Hidayət Əhmədovun vəzifədə bir il də qalıb işləməsi üçün 12 aprel 2012-ci il tarixində Təhsil Nazirliyinə razılıq üçün müraciət məktubu göndərib.Lakin 2 gün sonra Vilyam Hacıyev İmişli rayonuna yollanıb və proseslər nəzarətdən çıxıb.

 Ötən il ulu öndərimiz Heydər Əliyevin də doğum günündə Hidayət Əhmədov təhsil müdiri kimi öz ad gününü qeyd edib.Elə həmin gün ona zəng edib təbrik edənlərin sırasında sabiq icra başçısı Vilyam Hacıyev də olub.Məlumata görə telefon danışığı zamanı Vilyam Hacıyev Hidayət müəllimi ad günü münasibətilə təbrik edib və Təhsil Nazirliyinin razılıq məktubunun hazır olduğu xoş müjdəni ona bildirib.

Məlumatlı mənbədən aldığımız məlumata görə, Alı Qocayev də yubilyara icra hakimiyyəti adından 1000 (min)manat dəyərində hədiyyə alıb.Hədiyyənin təqdimatını isə həmin günün sabahına saxlayıb.Yəni icra başçısı 11mayda saat 15:00-a Hidayət Əhmədovun vəzifəsindən vidalaşması üçün İcra hakimiyyətində tədbir təşkil edib.Bunlardan xəbərdar olan təhsil müdirinin müavini Faiq Həsənov Hidayət Əhmədova kömək məqsədilə həmin gecə Təhsil Nazirliyinə-Bakıya yollanıb və nazirliyin razılıq məktubunu mayın 11-də saat 14:15 radələrində faksla Bakıdan Samux icra hakimiyyətinə göndərib.Bu səbəbdən də Alı Qocayev qəzəblənərək iclası təxirə salıb. Bir gün sonra isə Misir Mərdanovun razılıq məktubunu nəzərə almadan Hidayət Əhmədovu iş otağındaca Təhsil müdiri vəzifəsindən azad edib.

 

BAŞÇI OTAĞI,BAŞÇI KÜRSÜSÜ

 

Hazırda Samux təhsil şöbəsinə rəhbərlik edən Gülağa Hüseynovun bu vəzifəyə təyinatında daha bir nüfuz sahibinin adı hallanır.Məlumata görə,Vilyam Hacıyev sabiq təhsil müdirinin bir il də qalıb işləməsi üçün Alı Qocayevə xahiş etsə də sonuncu öz qərarında qəti olub.Nəticədə tərəflər arasında inciklik yaranıb.Bir müddət bu vəzifəyə təyinatda kadr axtarışları isə Gülağa bəyin işinə yarayıb.O,əslən Samuxlu millət vəkili Valeh Ələsgərovun da köməkliyinə sığınaraq özünü Alı Qocayevə təqdim edib və nəticədə indiki postu ələ keçirə bilib.

Lakin yuxarıda sadaladığımız faktlardan əlavə bu kadr dəyişikliyində Gülağa Hüseynovu sevindirən bir reallıq da var.Onun indi oturduğu kürsüdə vaxtilə Samux İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev və sonralar sabiq təhsil müdiri Hidayət Əhmədov əyləşib.Hansı ki, iki il əvvəl bu məmurlar onu vəzifəsindən qovmuşdular.Bu nostalji hissi ilə Gülağa Hüseynov özünü həm icra başçısı,həm də təhsil müdiri kreslosunda əyləşən məğlubedilməz kimi aparır...

  

PS.Bu gün tənqid hədəfimiz barədə yeni xəbər ala bildik.Sən demə G.Hüseynov nazirinin Gəncədə yaşayan bibisi vasitəsilə Gəncə Regional Tİ-nin müdiri olmaq barədə xəyallar qurub...(mövzu diqqətimizdədir)                                               

                                                                     

Osman Nərimanoğlu

 

DEMOKRATIK.AZ                     

Oxşar xəbərlər