Suriyanın baş naziri İrana gəldi

  • 05 avq 2017, 08:16

Suriyanın baş naziri İmad Xəmis İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gəlib. Bu barədə APA xəbər verir ki, İmad Xəmis mərasimdə Suriya prezidenti Bəşər Əsədi təmsil edəcək.

Baş nazir həmçinin Tehranda İran rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri müzakirə ediləcək

Qeyd edək ki, bu ilin yanvarında İranla Suriya arasında 5 iqtisadi saziş imzalanıb.

Xatırladaq ki, Həsən Ruhani mayın 19-da ikinci dəfə İran prezidenti seçilib. Onun andiçmə mərasimi avqustun 5-də keçiriləcək.

Demokratik.Az

Oxşar xəbərlər