Ruhani İlham Əliyev və Putinlə görüşəcək

  • 06 fev 2017, 20:41

Rusiya-İran-Azərbaycan arasında üçtərəfli sammitin dəqiq tarixi İran prezidenti Həsən Ruhanin Moskvaya səfəri zamanı və martın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda müzakirə edilə bilər.
"RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bəyan edib.
"İstisna etmirik ki, bu məsələ martın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin İrana nəzərdə tutulmuş səfəri çərçivəsində və Həsən Ruhaninin Moskvaya martın sonunda gözlənilən səfəri zamanı müzakirə edilə bilər", deyə səfir bildirib.
Qeyd edək ki, ilk Rusiya-İran-Azərbaycan üçtərəfli sammiti 2016-cı il, avqustun 8-də Bakıda keçirilib.

Demkratik.Az

Oxşar xəbərlər