İran prezidenti Roma Papası ilə görüşəcək

  • 11 noy 2015, 00:10

İran prezidenti Həsən Ruhani Avropaya səfəri çərçivəsində Roma Papası Fransisklə görüşəcək. İRNA agentliyi xəbər verir ki, səfər noyabr ayının 14-də baş tutacaq. Bundan başqa İran prezidentini müşayiət edən nümayəndə heyətinin üzvləri italyan sahibkarlarla görüşüb ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Eyni zamanda Həsən Ruhaninin noyabrın 16-da UNESCO-nun 70 illik yubileyinə həsr olunmuş "Liderlər Forumu”nda çıxışı da gözlənilir.

Bu, Həsən Ruhaninin 2013-cü ildə prezident seçiləndən sonra Avropaya ilk səfəridir. Səfərin təşəbbüsçüsü İtaliya tərəfidir (virtualaz.org),