İlham Əliyev Həsən Ruhani ilə görüşdü

  • 23 fev 2016, 14:46

Həsən Ruhaninin prezidentlik dövründə İlham Əliyevin İrana ikinci səfəridir.

Prezident İlham Əliyev İran dövlət başçısının dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. "Qafqazinfo" İran KİV-ə istinadən xəbər verir ki, dövlət başçısını Mehrabad hava limanında İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb. 

İran dövlət başçısı prezident İlham Əliyevi Sadabad sarayında qəbul edəcək.

Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə İlham Əliyevin İrana ikinci səfəridir.
 
Demokratik.Az
Oxşar xəbərlər