Həsən Ruhani Bakıdadır-yenilənib

  • 07 avq 2016, 17:38

Bu gün Azərbaycana səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

Demokratik.Az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İran və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.

....................................

Azərbaycan-İran prezidentlərinin bu gün Bakıda reallaşan rəsmi görüşü iki dövlət arasında bir sıra mühüm əməkdaşlıq müqavilələri ilə də yadda qaldı.

 

Prezidentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.

 

Demokratik.Az

Oxşar xəbərlər