İranda prezident seçkiləri Həsən Ruhaninin xeyrinədir

  • 20 may 2017, 09:36
İranda prezident seçkilərində Həsən Ruhani liderlik edir.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, 37 milyon bülletenin hesablanmasına əsasən hazırkı prezident 21,6 milyon səs toplayıb.

H.Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi 14 milyon səs toplaya bilib.

Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.

 

Demokratik.Az

Oxşar xəbərlər