Polşa prezidenti: “Ukrayna tezliklə Avropa Birliyinə qəbul edilməlidir”

  • 26 fev 2022, 22:40
Polşa Ukraynanın sürətləndirilmiş şəkildə Avropa Birliyinə qəbulunun tərəfdarıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Ancey Duda tvitter səhifəsində yazıb.
“Ukraynaya dərhal namizədlik statusu verilməli və bundan sonra bütün üzv dövlətlərlə müzakirələrə başlanmalıdır. Ukrayna yenidənqurma üçün AB fondlarında dəstək almalıdır”,-deyə statusda qeyd olunub..
Xatırladaq ki, bu gün prezident Vladimir Zelenski Ukraynanın Avropa Birliyinə üzvlük məsələsini təsdiqləməyə çağırıb. O bu istəyini Avropa Birliyi Şurasının sədri Şarl Mişellə söhbətində də təkrarlayıb.
Oxşar xəbərlər