Ermənilər Füzuli – Cəbrayıl zonasının məskunlaşdırılması barədə planlarını açıqlayıblar

  • 02 mart 2019, 22:09

Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağa gedib və separatçı rejimin lideri Bako Saakyanla birlikdə cəbhənin cənub hissəsində olub.

Vanesyan Qarabağda olarkən deyib ki, torpaqların Azərbaycana verilməsi barədə fikirlər spekulyasiyadır. Ermənistan KİV-in məlumatna görə, səfərdə məqsəd Araz çayı boyunca ərazidə məskunlaşma məsələsinin müzakirəsi olub.

"Əsasən Araksavan (Hadrutun cənubu) yaşayış məntəqəsinin tikintisi, kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması planlaşdırılır. Vanesyanın fikrincə, ərazinin məskunlaşdırılması təhlükəsizliyə əsas zəmanətlərdən biridir.

Guya torpaqların təhvil veriləcəyi, bununla bağlı danışıqların aparılacağı ilə bağlı ayrı-ayrı adamların fikirləri bu məskunlaşma proqramı ilə təkzib edilir. Bununla biz erməni xalqına və dünyaya mesaj göndəririk ki, heş kim torpaqları geri verməyəcək. Əksinə, bizim ərazilərdə öz soydaşlarımız yaşamalı və yaratmalıdır”, -"Sputnik Armenia” Vanesyandan sitat gətirib.

Qeyd edək ki, Ermənistanın müdafiə taktikasından hücum taktikasına keçməsi ilə bağlı bu ölkənin müdafiə naziri David Tonoyanın fikirlərindən sonra bu, son günlərin ikinci sensasion bəyanatıdır.

Beləliklə, rəsmi Yerevan dinc nizamlanma, Qarabağ ətrafında rayonların Azərbaycana qaytarılacağı ilə bağlı ümidlərin boş olduğuna işarə edir.(Turan.az)

Oxşar xəbərlər