Erməni general başıalovlu Azərbaycana gəldi

  • 04 mart 2017, 16:15

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, qərargah rəisi Xankəndi şəhərində Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyanla görüşüb. Qarabağ separatçıları görüşdə Dağlıq Qarabağın oyuncaq "müdafiə naziri” Levon Mnatsakanyanın da iştirak etiyini bildirib. Görüş zamanı "iki respublika arasındakı əlaqələrdən” bəhs olunduğu iddia olunsa da, detallı məlumat verilməyib.

Maraqlısı budur ki, Akopyan Qarabağa Ermənistan XİN başçısı Edvard Nalbəndyanın qanunsuz səfərindən iki gün sonra gəlib. Üstəlik, onun gəlişindən bir neçə saat əvvəl Ermənistanın Müdafiə Nazirliyi döyüş bölgəsində erməni hərbçilərin ölümcül yaralandığı xəbərini xəsisliklə yaymışdı.

Digər məlumata görə, Azərbaycan ordusunun zərbələrinə tab gətirə bilməyən erməni hərbçilər səngərlərdən qaçmağa çalışır. Bu mənada şübhə yoxdur ki, işğalçı ölkənin ordu rəhbərliyi təmas xəttindəki son duruma görə narahat olub.


Cavid TURAN,
Musavat.com

Oxşar xəbərlər