Almaniya televiziyası Ermənistanın Azərbaycana hücumu barədə

  • 07 iyul 2017, 15:10

Almaniyanın nüfuzlu telekanalı olan "Berlin TV” iyulun 6-da "Xəbərlər” proqramında Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində törədilən cinayətlə bağlı material yayıb.

Videosüjetdə mülki əhaliyə, xüsusilə qadınlara və uşaqlara qarşı törətdilən təxribat nəticəsində 2 nəfərin həlak olması, 1 nəfərin isə ağır yaralanması, bununla bağlı Berlində yaşayan azərbaycanlıların bazar günü – iyulun 9-da Ermənistanın səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyi haqda məlumat verilir.

"Berlində yaşayan azərbaycanlılar bazar günü Şarlottenburqda (Charlottenburg) yerləşən Ermənistan Respublikasının Səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər. Etiraz aksiyasının keçirilməsinə səbəb Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttinin yaxınlığında yerləşən kəndin bombardman edilməsi nəticəsində, həmin kənd sakini 50 yaşlı qadının və onun 2 yaşlı nəvəsinin qətlə yetirilməsidir. Azərbaycan mətbuatının məlumatına əsasən, erməni əsgərlərinin məqsədi Azərbaycandakı dinc əhalinin hədəf almaqdır. Qeyd edək ki, Qafqazda olan Dağlıq Qarabağ münaqişəsi artıq onilliklərdir ki, davam etməkdədir”, - Berlin TV-nin yayımladığı materialda bildirilir. (azvision.az)


Oxşar xəbərlər