"İran Azərbaycana hücum edərsə"

  • 30 dek 2016, 17:30
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib ki, İran Şuşadakı tarixi məscidin bərpası ilə bağlı Ermənistana yardımlar göstərməsi və İran müdafiə nazirinin bir neçə gün əvvəl verdiyi açıqlamaya münasibət bildirib. O deyib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır. "İranın müdafiə naziri Hüseyn Dehqan isə bildirdi ki, İsrailin baş naziri Benyanim Netanyahunun Azərbaycana səfərinə dözə bilməyəcəklər. Xalq arasında bir deyim var: "Sərt olub nə edəcəksən?” Azərbaycan İsraillə əlaqələrini bundan sonra da davam etdirəcək. "İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq” – deyə deputat əlavə edib.

Spiker Oqtay Əsədov isə deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz. O qeyd edib k, İran prezidenti də Ermənistana səfər edib və Azərbaycan bununla bağlı heç bir bıyanat verməyib. "Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”.

"Cəbhədə baş verənlər Ermənistanın təxribatıdır və Rusiyanı da bu prosesə qoşmaq istəyirlər”
Qüdrət Həsənquliyev ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə də münasibət bildirib: "Bu, Ermənistanın növbəti təxribatıdır və Ermənistan Rusiyanı da bu prosesə qoşmaq istəyir. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja "Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu adam artıq baş katiblikdən getməlidir”. 
Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsız idi. 
"İndi o gedəcək, məsələn, yerinə Koçaryan gələcək. Bordyuya savadız danışıb. Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib, etiraz etdi. Ona görə də, məsələni çox da şişirtmək lazım deyil”.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər