Demokratik TV
Xəbər lenti
“Biz Azərbaycanın yanındayıq” - Həsən Ruhani
- 29 mart 2018, 19:35
"Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq”.
APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.
"Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Sizlər dostluq və məhəbbət torpağından ən yaxşı məhsulu yığa bilərsiniz. Hər şey sədaqətdən başlayır. Bir-birimizə sadiq olaq, qardaş olaq, dost olaq. Ola bilər ki, mən sizinlə bir iclasda, ticarətdə Allah eləməmiş sizi aldatmış olam və ondan xeyir götürəm. Amma bu xeyir sonuncu xeyir olacaqdır və bitəcəkdir. Əgər hər ikimiz bir-birimizi fikirləşsək, düşünsək, qarşılıqlı mənafeyimizi güdsək, bu ticarət davamlı olacaqdır. Biz gərək faydalı münasibətlər barədə düşünək. Siz fayda götürün, biz də fayda götürək”, - deyə o vurğulayıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Ruhani İlham Əliyev və Putinlə görüşəcək
Həsən Ruhani: “Heç bir dövlət İranı..”
İlham Əliyev Həsən Ruhanini təbrik edib
Həsən Ruhani Azərbaycan prezidentinə başsağlığı verib
İran prezidenti Türkiyəni əməkdaşlığa çağırıb
İran prezidenti Roma Papası ilə görüşəcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti