Həsən Ruhani: “Heç bir dövlət İranı..”

  • 28 fev 2018, 20:41
İran milli maraqlarını qoruyaraq ordusunu inkişaf etdirəcək və bunun üçün heç kimdən icazə almayacaq.

AzərTAc xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Bəndər-Abbas şəhərinin sakinləri ilə görüşündə bəyan edib. H.Ruhani İranın raket proqramına görə ABŞ-ın sanksiya tətbiq etmək istəyini qanunsuz, ikiüzlülük və ədalətsiz adlandıraraq bildirib ki, heç bir dövlət İranı tutduğu yoldan döndərə bilməz.

Xatırladaq ki, prezident Bəndər-Abbas limanının genişləndirilməsi üçün həyata keçirilən bir sıra işlərlə tanış olacaq və yeni infrastruktur layıhələrinin açılışını edəcək.

İranın Bəndər-Abbas limanı "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında əhəmiyyətli rola malikdir. Cənub Şərqi Asiya ölkələrindən və Hindistandan Avropaya ixrac edilən yüklər məhz bu limana daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya və Avropaya daşınacaq. İran bu limanın inkişafına xüsusi önəm verir. 
Oxşar xəbərlər