Putinin 4,5 milyard dollarlıq “şəbəkəsi” İFŞA edildi
- 21 iyun 2022, 20:13
Britaniyanın “The Guardian” qəzeti Rusiya Prezidenti Vladimir Putinin 4,5 milyard dollarlıq şirkətlər şəbəkəsinin olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “The Guardian”ın xüsusi xəbərində dəbdəbəli villalar, üzüm bağları və yaxtaların da yer aldığı kooperativin izlərinin tapıldığı ortaya çıxıb.
Bildirilib ki, bu aktivləri və daşınmaz əmlak sahiblərini Rusiya lideri Putinin dostları və oliqarxları bir araya gətirib. Yazışmalara görə, Putinin yaratdığı bu “kooperativ”in həcmi 4,5 milyard dollar səviyyəsindədir.
Sənədlər və qeydlər dərc olunarkən, müxtəlif şəxslərə, şirkətlərə və xeyriyyə təşkilatlarına məxsus bütün bu əmlak və aktivlərin LLCInvest.ru adlı internet saytında qeydiyyatdan keçdiyi görünür.
Yazışmalarda bu qurumun yüksək vəzifəli şəxsləri də bildirirdilər ki, əgər bu əmlak və daşınmaz əmlak vahid qurumun tabeliyində olsaydı, onu idarə etmək xeyli çətinləşərdi.
İllərdir Rusiya prezidenti Putinin öz əlaqələri vasitəsilə gizli şəkildə daşınmaz əmlak və sərvət əldə etdiyi iddia edilsə də, bu iddialar həmişə təkzib edilib. Rəsmi açıqlamalara görə, Rusiya lideri Putinin Sankt-Peterburqda kiçik mənzili, sovet dövründən qalma iki maşını, qarajı və qoşqusu var.