Demokratik TV
Xəbər lenti
Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı yeni açıqlama verdi
- 04 mart 2021, 09:29
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti hazıtrda 27 nəzarət nöqtəsində vəziyyəti gecə-gündüz izləyir.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağla bağlı son açıqlamasında bildirilib.
Qeyd edilir ki, atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur.
“Rusiya sülhməramlıları mülki şəxslərin (ermənilər nəzərdə tutulur-red.) daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər”,-deyə açıqlamada qeyd edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında mühəndis-istehkamçı qrupların Qarabağ ərazilərinin minalardan təmizlənməsinə davam eurtdiyi də vurğulanır. Təkcə dünən 10 hektar ərazi, 5 km yol, 14 yaşayış binası təmizlənib, 51 partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlıları 23 Noyabr 2020-ci il tarixindən bəri 1558 hektar torpaq sahəsini, 489 km yolu, 1538 yaşayış binasını, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib, 25 045 partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
Sülhməramlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki iki humanitar əməliyyatının təhlükəsizliyini də təmin ediblər.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”,-açıqlamada deyilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Qarabağa qayıdan ermənilərin sayı 40 minə çatdı
Rusiyadan sülhməramlıları daşıyan daha 20 təyyarə Yerevana gəldi
Rusiya ordusunda 901 koronavirusa yoluxma qeydə alınıb
Rusiya Qarabağda 5 humanitar Mərkəz yaradır
Bunun adı QƏLƏBƏDİR! Üçtərəfli Bəyanatda nə deyilir?
Rusiya sülhməramlıları Şuşaya da girdi
Putindən Qarabağla bağlı daha bir FƏRMAN
Putin Laçın dəhlizindəki sülhməramlılardan danışdı
Rusiya Qarabağa xidməti itlərlə 100 hərbçi göndərdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti