Putin Laçın dəhlizindəki sülhməramlılardan danışdı

  • 03 dek 2020, 19:36
“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir”.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.
“Hazırda Rusiya, Ermənistan və Azərbaycanın 9 noyabr tarixli üçtərəfli bəyannaməsi ardıcıl olaraq həyata keçirilir. Rus sülhməramlıları təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilib.
Hamı yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyanın aktiv vasitəçilik səyləri tələb olunurdu. Biz eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa arasında əldə edilən əsas razılaşmaları izlədik”, – deyə Putin qeyd edib.
Oxşar xəbərlər