Rusiya Qarabağa xidməti itlərlə 100 hərbçi göndərdi

  • 23 noy 2020, 11:33
Rusiya Müdafiə Nazirliyinin Mina əleyhinə beynəlxalq mərkəzinin bölmələri Azərbaycanın Qarabağ bölgəsinə göndərilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çkalovski aerodromundan An-124, İl-76 və Tu-154 mütəxəssisləri, texnika və silahları, o cümlədən xidməti itlər yola salınıb.
İrəvan aeroportuna 100-dən çox hərbçi, 13 ədəd hərbi və xüsusi texnika göndərilib. Onlar Gorus yolu ilə Xankəndiyə göndəriləcəklər.
Oxşar xəbərlər