Putindən Qarabağla bağlı daha bir FƏRMAN

  • 13 noy 2020, 21:07
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı qurumlararası humanitar mərkəzin yaradılması barədə fərman imzalayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında məlumat verilib.
Fərmanda bildirilib ki, Qarabağla bağlı humanitar yardım mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.
Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.
Fərman imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər