Xanlar Vəliyev İSTEFA edəcəkmi! Hərbi Prokurorluğun qarşısında aksiya nə vəd edir?

  • 16 iyun 2022, 17:51

Bu gün “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Respublika Hərbi Prokurorluğunun binası qarşısında aksiyası baş tutub.

Demokratik.Az bildirir ki, aksiyada 2017-ci ilin mayında qeydə alınan məlum "Tərtər işi"ndə işgəncə görən hərbçilər və zərərçəkmişlərin yaxınları iştirak edib. Aksiya iştirakçıları hərbçilərə qarşı baş vermiş cinayətin istintaqının obyektiv aparılmadığını iddia edərək hərbi prokuror Xanlar Vəliyevin və müavini Şəfaət İmranovun təcili istefasını tələb ediblər.

Əldə etdiyimiz məlumata görə, Xanlar Vəliyevin istefası ölkə rəhbərliyi səviyyəsində müzakirə olunur, hərbi prokurorun və müavininin tezliklə İSTEFASI artıq qaçılmazdır.

Xatırladaq ki, 17 dekabr 2021-ci ildə Baş Prokurorluq “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıb.

Demokratik.Az

Oxşar xəbərlər