Ermənilər dövlət sərhəddində dincəlmir - mövqelərimiz atəşə tutulub

  • 01 iyun 2022, 09:06
Dövlət sərhədində mövqelərimiz atəşə tutulub.
Bu barədə Demokratik.Az-a  Müdafiə Nazirliyindən məlumat verilib."Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər