Erməni general yaralandı -

  • 29 dek 2016, 20:19
Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb.
 
 
 
 
 
 
 
BAKU.WS-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir. Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb. Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
 
İlkin məlumata görə, düşmən döyüşlərdə ağır itkilər verib. 

***

Aravot.am yazdığına görə, Ermənistanın müdafiə nazirliyinin məbuat katibi Artsrun Ovanisyan deyib ki, Azərbaycan ordu birləşmələri guya Tavuş rayonunun Çinari kəndi istiqamətində təmas xəttində təxribat törətməyə cəhd ediblər. Ovanisyan əlavə edib ki, hazırda cəbhə xəttində sakitlikdir, gərginlik yoxdur.
 
Demokratik.Az
Oxşar xəbərlər