Gəncədə fərdi təhsilə cəlb olunan şagirdlərə dərslər keçirilirmi? 10 saylı məktəb yoxlanılmalıdır!

  • 29 apr 2022, 15:52
Gəncədə fərdi təhsilə cəlb edilən şagirdlərə tədrisin təşkilində xeyli nöqsanların mövcud olduğu bildirilir. Bu barədə M.Hadi adına şəhər 10 saylı tam orta məktəbinin sabiq riyaziyyat müəllimi Nizami Əmirov və sabiq direktor İlham Həsənovla yenidən danışdıq, mövzunu müzakirə etdik. Qənaətə gəldik ki, ortada olan iddialar yetərincə ciddi əsaslara dayanır, adıkeçən məktəbin müəllimləri fərdi təhsil alan şagirdlərə ev dərslərini bəzən keçmirlər. Hesab edirik ki, 10 saylı orta məktəb də başda olmaqla, Gəncə Təhsili üzrə fərdi təhsilə cəlb edilmiş şagirdlərlə bağlı monitorinq-yoxlamalar aparılmalıdır.
Demokratik.TV-də yer alan videomüzakirəni diqqətinizə çatdırırıq:
Oxşar xəbərlər