İcra başçısının süpürgəçi işi təklif etdiyi qazi baş leytenant danışdı - VİDEO

  • 12 may 2021, 21:04
Bir neçə gün sosial şəbəkələrdə icra başçısının Vətən Müharibəsi iştirakçısına süpürgəçi işi təklif etməsi müzakirə mövzusu oldu. Bu təklif Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən qazi baş leytenant İqbal Səfərova edilmişdi.

"Demokratik.Az" bildirir ki, "Musavat TV" mövzunu daha ətraflı araşdırmaq, qazi İqbal Səfərovu dinləmək üçün onun yaşadığı Pirallahı qəsəbəsində olub.
Qazi Səfərov könüllü olaraq yollandığı ön cəbhədən qayıtdıqdan sonra başına gələnləri və ona edilən iş təklifi ilə bağlı təfərrüatları bizimlə bölüşdü.
Uzun illər gömrük komitəsində çalışan, təhsilini xaricdə davam etdirən İqbal Səfərov bildirir ki, bu günə qədər heç kimə iş üçün müraciət etməyib. Sadəcə ona edilən təkliflər olub.
Sonda onu da qeyd edək ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən mətbuata açıqlama verilib. Açıqlamada iddia olunur ki, İqbal Səfərov onlardan işlə təmin olunması istəyib, amma ona süpürgəçi işi təklif edilməyib.
Oxşar xəbərlər