Laçının icra başçısı Baxışovlarla barış istəyir - səsyazısı

  • 16 may 2020, 16:29
Laçın rayon icra başçısı Aqil Nəzərli qaynatası Vaqif Cabbarovu intiharına səbəbkar kimi görüldüyü Müqabil Baxışovun ailəsinə minnətçi salıb.
Demokratik.Az bildirir ki, bu barədə Reportyor.TV saytı səsyazısı ictimailəşdirib. 
Qeyd edək ki, Müqabil Baxışov intihar etməmişdən bir qədər əvvəl məktubunda yazmışdı ki, sosial şəbəkələrdə tənqid etdiyinə görə Laçının icra başçısı və adamları tərəfindən təhdid olunur.
Baxışovlar ailəsi Müqabilin intihar etməsinin günahını icra başçısı Aqil Nəzərlidə görürlər. Ona görə də onlar icra başçısının cəzalandırılmasını ölkə başçısınadan və aidiyyəti orqanlardan tələb edirlər.
Lakin Aqil Nəzərli ittihamları qəbul etmir və Müqabil Baxışovun intiharı ilə heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışır.
Hazırda isə Reportyor.Tv-yə göndərilən səs yazısından aydın olur ki, Aqil Nəzərli qaynatası Vaqif Cabbarovu Baxışovlar ailəsinə minnətçi salıb barışıq əli uzadır, bunun üçün açıq şəkildə pul da təklif edir.
Görünür, Aqil Nəzərlinin vəziyyəti gərgindir deyə şikayətlərin dayandırılmasına çalışır. 
İslahatlar dalğasında tezliklə Laçının icra başçısının da vəzifədən atılacağı qaçılmaz görünür.
Demokratik.Az xəbərdə adıkeçən hər kəsə söz haqqı tanıyır...
Oxşar xəbərlər